Haqqımızda

Junior Achievement

Azərbaycan Gənclərinin Nailiyyəti ictimai birliyi biznes tədrisi sahəsində dünyanın ən iri,mənfəət güdməyən təşkilatı olan Ümumdünya Junior Achievement təşkilatının üzvüdür. AGN qarşılıqlı olaraq biznes və təhsil sahələrini əlaqələndirən sağlam platforması ilə qlobal istedadların inkişafında müstəsna rol oynayır.

Biz ortaq dəyərlərimizi yaratmaq və onlardan zövq almaq üçün şagirdlər, könüllülər, məktəblər və korporasiyalar ilə birgə işləyirik.

1998-ci ildən fəaliyyətə başlayan AGN ictimai və özəl donorların maliyyə dəstəyi ilə ölkənin 26 bölgəsində yerləşən məktəbləri təmsil edən 300-dən artıq müəllimə və minlərlə şagirdə təlim keçmişdir. AGN öz layihələrindən faydalananlara biznesin, sahibkarlığın, maliyyə və iqtisadiyyatın əsaslarını öyrənmələri və ölkə iqtisadiyyatında tutacaqları vəzifələrə daha hazır olmağa birbaşa təlim və proqramlar vasitəsilə kömək edir.

Məqsədimiz

Məqsədimiz

Müxtəlif proqramlar, peşəkar inkişaf təlimləri və iş təcrübəsi imkanları ilə biznesin, sahibkarlığın, maliyyə və iqtisadiyyatın əsaslarını öyrətməklə gələcək karyeralarında uğur qazanmaq üçün gəncləri yönəltmək və hazırlamaq; Tələbələrə real dünyanı təqdim edərək onların potensiallarını üzə çıxarmaq.

Vəzifəmiz

Vəzifəmiz

Riskli, dəyişikliyə hazır, gələcəklə üzləşməyi bacaran və geniş düşünən nəsil yaratmaq; Gənclərin müasir həyatın bütün sahələrində iştirak etməsi və öz iş imkanlarını artırması.

Təhsil Yolumuz

Təhsil Yolumuz

Maliyyə Savadı

  • İqtisadiyyatda resursları, məhsul və xidmətləri anlamaq;
  • Şəxsi maliyyə və pulun idarə edilməsi biliklərinin inkişafı;
  • Biznes planlaşdırma, marketinq, maliyyə və iqtisadiyyatda bilik və bacarıqların tətbiqi;
  • Fərqli biznes modellərlə bağlı biliklərin tətbiqi.

Sahibkarlıq

  • İdeyaların fəaliyyətə çevrilməsi– sahibkarlıq təcrübəsi və yenilikçi düşüncə, komanda işi, biznes plan;
  • Milli səviyyədə sosial müəssisə və ya biznes qurmaqla sahibkarlıq qabiliyyətini üzə çıxarmaq;
  • Real və səmərəli biznes yaratmaq, imkanları müəyyən etmək, plan qurmaq.

İşə Hazırlıq

  • Tələb olunan müxtəlif iş və bacarıqlar haqqında məlumat əldə etmək;
  • İstəklərə nail olmaq üçün istək və maraqlar əsasında seçim müəyyən etmək;
  • Problemin həlli, təşkilatçılıq, liderlik, qərar qəbul etmə, ünsiyyət və danışıq bacarıqları kimi əsas komponentlərin tətbiqi və inkişafı.

Yeniliklərə Abunə Ol!