Fəaliyyətimiz

Gənclərin Sahibkarlıq Proqramı 15-29 yaş arası gənclərin sahibkarlıq bacarıqlarını və maliyyə savadını müxtəlif öyrənmə metodları və praktik seminarlarla artırmağı hədəfləyir. Bundan əlavə, proqramın məqsədi Azərbaycanda gənclər tərəfindən idarə olunan müəssisələrin inkişafına dəstəkdir.

Proqram çərçivəsində AGN bu layihələri həyata keçirir:

 

Gənclərin Sahibkarlıq Fəaliyyətinə Dəstək

Hal hazırda AGN  Aİ və Paşa Bankın dəstəyi ilə “Gənclərin Sahibkarlıq Fəaliyyətinə Dəstək” layihəsini icra edir. Layihənin əsas məqsədi Eston təcrübəsini tətbiq etməklə gənclərin sahibkarlıq bacarıqlarını və maliyyə savadını artırmaqdır. Bu, onların sahibkarlıq ekosisteminin inkişafında iştirakını təmin edəcəkdir. Layihə Bakı, Gəncə, Xaçmaz, Qax, Qəbələ, Masallı, Mingəçevir və Zaqatala rayonlarında həyata keçirilmişdir. Bu aksiyada pilot peşə və orta məktəblərdən 150 müəllim və 3000 şagird iştirak edib. Layihəyə bu komponentlər daxildir: sahibkarlıq təlimi, işgüzar rəqabət, ticarət sərgisi və innovasiya düşərgələri.

Gənclərin Sahibkarlıq Fəaliyyətinə Dəstək

Gənclər üçün Sahibkarlıq Təlimləri

Bu təlim sessiyaları JA proqramlarına əsaslanır və Amerika mərkəzləri və ABŞ-ın Azərbaycandakı səfirliyinin tərəfdaşlığı ilə birgə həyata keçirilir. Təlimlər zamanı tələbələr uğurlu sahibkarların xüsusiyyətləri və təcrübələri ilə tanış ola biləcəklər. Tələbələrin uğurlu rəqabət üsullarını bilən və sağlam rəqabət mühitində öz birinciliyini qoruyan real şirkətləri qiymətləndirmək kimi şansları olacaq. Bu, gənclər arasında təşəbbüskarlıq ruhunu artıracaqdır. Nəzəri biliklərdən sonra iştirakçıların startap, marketinq, maliyyələşdirmə, idarəetmə və etik qərar qəbul etmək üçün biznes-planlaşdırma bacarıqlarını nümayiş etdirmələri nəzərdə tutulur.

Gənclər üçün Sahibkarlıq Təlimləri
Gənclərin Sahibkarlıq Proqramı
Gənclərin Sahibkarlıq Proqramı
Gənclərin Sahibkarlıq Proqramı
Gənclərin Sahibkarlıq Proqramı
Gənclərin Sahibkarlıq Proqramı