Gənclərin Təşəbbüskarlıq Həlləri proqramı

Azərbaycan Gənclərinin Nailiyyəti ictimai birliyinin BMT-nin Uşaq Fondunun təşəbbüsü və Avropa İttifaqının maliyyə dəstəyi ilə icra etdiyi “Gənclərin Liderlik və Peşəkar İnkişafı” layihəsi çərçivəsində həyata keçirilən Gənclərin Təşəbbüskarlıq Həlləri proqramına start verilmişdir. Proqramın əsas məqsədi gənclərdə biznes ideyalarının formalaşdırılması, maliyyə mənbələrinin araşdırılması, biznes ideyanın təhlilinin aparılması və sahibkarlıq mövzularında bilik və bacarıqların artırılmasıdır.

Proqram 01 Dekabr 2020 tarixində başlayacaq və 28 Fevral 2021 tarixinədək davam edəcəkdir. 3 ay davam edəcək təlimdə iştirak üçün Binəqədi rayon Gənclər Evi, Xəzər rayon Gənclər Evi, Mingəçevir şəhəri Gənclər Evi, Şəmkir, Biləsuvar, Qazax Gənclərinin İnkişaf və Karyera Mərkəzlərindən 225 gənc qeydiyyatdan keçmişdir. Təlimlər peşəkar olan  JA Azerbaijan təşkilatının təlimçiləri tərəfindən keçiriləcəkdir.

Təlim zamanı Gənclərin Təşəbbüskarlıq Həlləri proqramı çərçivəsində gənclər müxtəlif problemlərin həlləri üzərində çalışacaq, ilkin mərhələdə ideyalarını inkişaf etdirəcək və biznes modellər ilə tanış olacaqlar. Sonda gənclərimiz qruplar şəklində öyrəndikləri bilik və bacarıqlara əsasən innovativ startap layihələrinin təqdim edilməsi gözlənilir. Qeyd edək ki, proqram gənclər tərəfindən təklif ediləcək uğurlu layihələrin ilkin maliyyələşdirilməsini də nəzərdə tutur. 

Yekunda Gənclər Evlərinin və Gənclər İnkişaf və Karyera Mərkəzlərinin iştirakçılarına sertifikat təqdim olunacaqdır.