ABŞ-ın Operation HOPE təşkilatının eksperti xanım Katerin Brozun iştirakı ilə dəyirmi masa təşkil edilmişdir.
25 İyun 2018-ci il tarixində Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyi Deloitte Azərbaycan Audit şirkətinin dəstəyi ilə ABŞ-ın Operation HOPE, Inc. təşkilatının eksperti xanım Katerin Brozun iştirakı ilə maliyyə savadlılığının təşviqində biznesin rolu mövzusunda dəyirmi masa müzakirəsi təşkil olunmuşdur. Sözügedən müzakirədə xanım Katerin Broz maliyyə savadlılığının tədrisinin təşviqində maraqlı olan dövlət qurumları, maliyyə institutları və yerli bankların nümayəndələri ilə bu istiqamətdə ABŞ təcrübəsini bölüşmüşdür.
Dəyirmi masa müzakirəsində Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan Respublikasi Təhsil Nazirliyi, PAŞA Bank, Access Bank, Bank Respublika, TBC Kredit, Qafqaz Kredit, Azmikroinvest BOKT, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası, FINCA Azərbaycan, AmCham Azərbaycan, Amerika Konsulluq Şöbəsindən nümayəndələr iştirak etmişdir.