Xəbərlər və Elanlar

“Ağıllı Büdcə 2” layihəsi

Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyi (AGN) Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə bu il də “Ağıllı Büdcə” layihəsinin icrasını davam etdirir.

Layihənin əsas məqsədi gənclərin maliyyə savadlılığı istiqamətində bilik və bacarıqlarını artırmaqdır. Layihə çərçivəsində gənclər maliyyə və pulun idarə olunması üçün lazımi bilikləri həm nəzəri, həm də praktiki şəkildə öyrənməklə şəxsi maliyyə resurslarını idarə edə biləcəklər.

Layihəyə Azərbaycan Republikası Təhsil Nazirliyi tərəfindən seçilmiş 10 ümumtəhsil müəssisəsi cəlb olunmuşdur. Təlim proqramı Yasamal, Nəsimi, Səbail, Nərimanov, Qaradağ, Sabubçu, Xətai, Binəqədi, Nizami və Xəzər rayonlarında yerləşən məktəblərdə təhsil alan 14-16 yaş arası 300 gənci əhatə edəcəkdir. Təlimlər noyabr və dekabr aylarında baş tutacaqdır. Bu mərhələdə gənclər maliyyə savadlılığı üzrə “Mənim Büdcəm” tədris vəsaiti ilə tanış olacaq və interaktiv “Balans başa baş və Müflis” oyununu oynayacaqlar.

Maliyyə savadlılığı qlobal maliyyə sisteminin uzunmüddətli inkişafının vacib vasitəsidir. Gələcək nəsillərin həyat səviyyəsinin və iqtisadi təhlükəsizliyinin yaxşılaşdırılmasında maliyyə savadlılığının tədrisi önəmli rol oynayır. Tərəfdaşlarımızla birgə bizim hədəfimiz gənclərin bu istiqamətində bilik və bacarıqlarını artırmaq, onların iqtisadi cəhətdən sağlam böyümələrinə təkan verməkdir.

Oxşar Xəbərlər

Azərbaycan Gənclərinin Nailiyyəti İB tərəfindən “Gənclər üçün Sahibkarlıq Təlimləri” layihəsi həyata keçirilib.

Azərbaycan Gənclərinin Nailiyyəti İB tərəfindən “Gənclər üçün Sahibkarlıq Təlimləri” layihəsi həyata keçirilib.

Davamını oxu
“Gələcəyi qur: Məktəblərdə karyeranın planlaşdırılması və inkişafı” layihəsi çərçivəsində müxtəlif sektorlarda işləyən peşəkarlarla görüş təşkil edildi. Post date

“Gələcəyi qur: Məktəblərdə karyeranın planlaşdırılması və inkişafı” layihəsi çərçivəsində müxtəlif sektorlarda işləyən peşəkarlarla görüş təşkil edildi. Post date

Davamını oxu
ABŞ-ın Operation HOPE təşkilatının eksperti xanım Katerin Brozun iştirakı ilə dəyirmi masa təşkil edilmişdir.

ABŞ-ın Operation HOPE təşkilatının eksperti xanım Katerin Brozun iştirakı ilə dəyirmi masa təşkil edilmişdir.

Davamını oxu