Gənc sahibkarlığın inkişafını dəstəkləyən yeni layihə start götürür
Azərbaycan Respublikası Gənclər Fondu, “PAŞA Bank”, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması, eləcə də Junior Achievement Azerbaijan (Azərbaycan Gənclərinin Nailiyyəti İB) təşkilatının birgə tərəfdaşlığı ilə yeni bir layihə start götürür.
“Gənclərin İnnovativ Təşəbbüslərinin Dəstəklənməsi” layihəsinin əsas məqsədi sosial və ekoloji problemlərin həlli istiqamətində gənclərin ideyalarını dəstəkləmək, onların peşəkar bacarıqlarını formalaşdırmaq və gənclər arasında sahibkarlıq düşüncə tərzini inkişaf etdirməkdir. Beləliklə, bu layihə Azərbaycanda startap ekosisteminin inkişafında gənclərin aktiv iştirakını təşviq edəcəkdir.
Layihə 18-29 yaş arası gənclərin iştirakı ilə üç mərhələdə keçiriləcək. Layihənin ilk mərhələsində “İdeyanı dizayn et!” adlı “bootcamp” təşkil ediləcək. “Bootcamp”da iştitak üçün qeydiyyat mart ayının 15-dən etibarən başlayacaq və 26 mart tarixinədək davam edəcəkdir.
Layihədə iştirak etmək istəyən gənclər aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər: https://forms.gle/TV76uAPPEjA4KGre7