Xəbərlər və Elanlar

“Gənclərin Təşəbbüskarlıq Həlləri” Proqramı Çərçivəsində Keçirilən Mentorlar ilə Onlayn Görüş

“Gənclərin Təşəbbüskarlıq Həlləri” proqramı çərçivəsində keçirilən mentorlar ilə onlayn görüşlər başa çatdı. Dekabr ayından başlayan proqram  Azərbaycan Gənclərinin Nailiyyəti ictimai birliyinin BMT-nin Uşaq Fondunun təşəbbüsü və Avropa İttifaqının maliyyə dəstəyi ilə icra etdiyi “Gənclərin Liderlik və Peşəkar İnkişafı” layihəsi çərçivəsində həyata keçirilir.

İki mərhələdən ibarət olan Proqramın sonuncu mərhələsinin əsas məqsədi gənclərdə maraq oyadan problemləri həll etmək üçün gənclər tərəfindən təklif olunan sosial və biznes layihələrin icrasına və inkişafına dəstək olmaqdır. Proqram Binəqədi rayon Gənclər Evi, Xəzər rayon Gənclər Evi, Mingəçevir şəhəri Gənclər Evi, Şəmkir, Biləsuvar, Qazax Gənclərinin İnkişaf və Karyera Mərkəzlərinin birbaşa iştirakı ilə həyata keçirilir.

Proqramın bu yaxınlarda başa çatan ikinci mərhələsində yanvar və fevral aylarında mentorlar ilə fərdi və peşəkar inkişaf mövzularında onlayn görüş sessiyaları keçirildi. Layihənin bu mərhələsi JA Azərbaycan və Lütfizadə Texnoloji Mərkəzinin əməkdaşlığı çərçivəsində təşkil edilmişdir. Lütvizadə Texnoloji Mərkəzi tərəfindən təklif olunan “Mən, Professional Mən, İş Nümunəsi və İş Bacarıqları” kimi 4 istiqamət üzrə 12 seminar baş tutmuşdur. Hər bir sessiya müxtəlif mövzularda təcrübəsi olan peşəkar mütəxəssislərin iştirakı ilə  ZOOM platforması üzərindən təşkil edildi.

Seminarda gəncləri aşağıdakı mövzular daxil olmaqla maraqlandıran sualları mentorlar cavablandırdı:

  • Niyə və Nə üçün? – Həyatımıza təsir edən qərarların verilməsi və gələcəklə bağlı mövqeyimiz;
  • Özünü anlama – Enneagram metodologiyası;
  • Təqdimat etmə bacarıqları;
  • Doğru araşdırma necə aparılmalıdır?;
  • MS Excel – Biznesdə tətbiq edilən əsas proqram;
  • İş axtarışı, iş əlaqələri və Karyera;
  • Qeyri maliyyəçilər üçün maliyyə;
  • Marketinq və satış strategiyaları;
  • Proqramlaşdırma peşə sahəsi kimi;
  • Dizayner peşə sahəsi kimi;
  • Müştəri xidmətləri;
  • Online satış və ya E-ticarət.

Proqramın son mərhələsinin 23-24 fevral 2021-ci il tarixlərində keçirilməsi gözlənilir. İştirakçıların təqdim edəcəkləri layihələr artıq başa çatmaqdadır. Qaliblər layihələrinin icrası üçün sertifikat və pul mükafatı qazanacaq.

Oxşar Xəbərlər

Azərbaycan Gənclərinin Nailiyyəti İB tərəfindən “Gənclər üçün Sahibkarlıq Təlimləri” layihəsi həyata keçirilib.

Azərbaycan Gənclərinin Nailiyyəti İB tərəfindən “Gənclər üçün Sahibkarlıq Təlimləri” layihəsi həyata keçirilib.

Davamını oxu
“Gələcəyi qur: Məktəblərdə karyeranın planlaşdırılması və inkişafı” layihəsi çərçivəsində müxtəlif sektorlarda işləyən peşəkarlarla görüş təşkil edildi. Post date

“Gələcəyi qur: Məktəblərdə karyeranın planlaşdırılması və inkişafı” layihəsi çərçivəsində müxtəlif sektorlarda işləyən peşəkarlarla görüş təşkil edildi. Post date

Davamını oxu
ABŞ-ın Operation HOPE təşkilatının eksperti xanım Katerin Brozun iştirakı ilə dəyirmi masa təşkil edilmişdir.

ABŞ-ın Operation HOPE təşkilatının eksperti xanım Katerin Brozun iştirakı ilə dəyirmi masa təşkil edilmişdir.

Davamını oxu