JA Proqramları Virtual Məktəbdə!
JA Azərbaycan onlayn fəaliyyətini daha da genişləndirir!
Avropa İttifaqının maliyyə dəstəyi ilə icra etdilən “Gənclərin Sahibkarlıq Fəaliyyətinə Dəstək” layihəsi çərçivəsində Təhsil Nazirliyinin “Virtual Məktəb” layihəsi ilə əməkdaşlığa başlanmışdır. Əməkdaşlığın məqsədi layihənin faəliyyət istiqamətini genişləndirmək və daha çox müəllim və şagirdləri layihəyə cəlb etməkdir.
Artıq Virtual Məktəbdə iki istiqamətdə təlimlər təşkil edilmişdir.
- Müəllimlər üçün sahibkarlıq üzrə “Sahibkarlığın məktəblərdə tədrisi və innovativ təlim üsulları” proqramı;
- Şagirdlər üçün maliyyə savadlılığı üzrə “Mənim Büdcəm” təlim proqramı.