JAA E-öyrənmə: Öyrənməni rəqəmsallaşdır, vaxtına qənaət et!
Mövcud pandemiya dövründə JA Azərbaycan fəaliyyətini rəqəmsallaşdırmağa davam edir!
Avropa İttifaqının maliyyə dəstəyi ilə Gənclərin Sahibkarlıq Fəaliyyətinə Dəstək layihəsi çərçivəsində JA Azərbaycan tərəfindən JAA E-learning Platforması hazırlanmışdır. Platformanın əsas məqsədi şagirdlərə sahibkarlıq və maliyyə savadlılığını tədris edən layihə müəllimləri üçün təlim resurslarını daha da əlçatan etmək və keyfiyyətli onlayn təlimlərin təşkilini təmin etməkdir.
Platforma müəllimlərə qeyd olunan istiqamətlər üzrə JA proqramlarının müxtəlif resursları ilə (video dərsliklər, PDF materiallar, təqdimatlar və s) yaxından tanış olmağa imkan yaradır. Belə ki, müəllimlər platformadan qeydiyyatdan keçərək layihə proqramları üzrə materiallara rahatlıqla çıxış əldə edəcəklər. Eyni zamanda platforma müəllim və şagird göstəricilərini sistemləşdirməyə imkan yaradır.
Platformaya keçid üçün: http://lms.ja-azerbaijan.org/az