“Ağıllı Büdcə” layihəsi çərçivəsində maliyyə savadlılığı üzrə təlimlər təşkil edildi.
Noyabr və dekabr aylarında Azərbaycan Gənclərinin Nailiyyəti ictimai birliyi Gənclər Fondu tərəfindən maliyyələşdirilən “Ağıllı Büdcə” layihəsi çərçivəsində gənclərə maliyyə savadlılığı üzrə təlimlər təşkil etmişdir. Layihənin əsas məqsədi gənclərin maliyyə savadlılığı üzrə bilik və bacarıqlarını artırmaqdır.
Azərbaycan Respublikası Təhsil Nazırliyi ilə əməkdaşlıq çərçivəsində icra edilən layihəyə, ümumilikdə Səbail, Yasamal, Nəsimi, Nərimanov, Sabunçu, Qaradağ, Binəqədi, Xətai, Nizami, Xəzər rayonlarında yerləşən on ümumtəhsil müəssisələrindən 14-16 yaş arası 314 gənc cəlb edilmişdir.Layihədə iştirak edən gənclərə “Mənim Büdcəm “ adlı tədris vəsaiti təqdim edildi və onlar büdcə planlaşdırılması, büdcəyə nəzarət, gəlir, xərc, yığım və qənaət etmək kimi anlayışlar ilə tanış oldular. Təlim zamanı interaktiv “Balans Başa Baş və Müflis” adlı büdcə oyunu ilə iştirakçılar şəxsi xərclər planını hazırlamağı və şəxsi büdcəni düzgün şəkildə formalaşdırmağı öyrənərək bu istiqamətdə praktiki bacarıqlarını artırdılar.
Davamlı inkişafin əsas meyarı olan gənclərimizin maliyyə savadlılığı üzrə maariflənməsi və büdcə anlayışını mənimsəmələri onların gələcək həyatlarına müsbət təsir göstərən amillərəndir. Tərəfdaşlarımızla birgə əsas məqsədimiz daha çox gənci maliyyə savadlılığı üzrə təlimlərimizə cəlb etməkdir.
Qeyd edək ki, layihənin növbəti mərhələsində gənclər Poster yarışında iştirak edəcəklər.