“Effektiv onlayn dərslər” təlimi
JA Azərbaycan tərəfindən müəllimlər üçün “Effektiv online dərslər” adlı təlim təşkil edilmişdir. Təlimlər Avropa İttifaqının maliyyələşdirdiyi “Gənclərin Sahibkarlıq Fəaliyyətinə Dəstək” layihəsi çərçivəsində həyata keçirildi. Təlimlərin məqsədi layihə müəllimləri tərəfindən şagirdlər üçün tədris edilən online sahibkarlıq təlimlərinin effektiv təşkilini təmin etməkdir.
Təlimlər Dərs evinin peşəkar əməkdaşları tərəfindən keçirildi. 2 gün davam edən təlimlərdə onlayn tədrisin düzgün təşkil edilməsi, şagirdlərin distant tədrisə cəlb edilməsi, qrupun onlayn formatda düzgün idarə edilməsi kimi mövzular müəllimlərin diqqətinə çatdırıldı.