Evdən işləyirik və fəaliyyətlərimizi rəqəmsallaşdırırıq.
AGN komandası olaraq, Ümumdünya Səhiyyə Təşkilatının koronavirusu “pandemiya” elan etməsindən bəri evdən işləyirik. Komandamızın sağlamlığı və təhlükəsizliyi əsas prioritetimiz olaraq qalır.
COVID-19 qlobal pandemiyası ilə əlaqədar yaranmış mövcud vəziyyət gənclər ilə iş sahəsindəki fəaliyyətimizin rəqəmsallaşma prosesinin daha da sürətlənməsinə səbəb oldu. Azərbaycan Gənclərinin Nəaliyyəti ictimai birliyi bu yeni prosesə adaptasiya etməyə, tərəfdaşları ilə birgə icra etdiyi layihələri daha sürətli və rəqəmsal hala gətirməyə çalışır.
Pandemiya dövründə daha çox gəncə xidmət etmək üçün rəqəmsal resursların hazırlanması və tətbiqi AGN İB-inin əsas vəzifəsinə çevrilib. Ofis mühitindən ev şəraitində işləməyə keçid gərgin bir proses ola bilər, buna görə də onlayn Zoom heyət iclasları təşkil etdik. İş modulumuzun rahatlığı bizə təlimlərimizi gənclərimiz və müəllimlərimiz üçün onlayn olaraq keçirməyə imkan verdi. AGN Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və UNICEF-in təşəbbüsü ilə həyata keçirdiyi “Gənclərin Liderlik və Peşəkar İnkişaf” Proqramını uğurla genişləndirilmiş və müvafiq təlim fəaliyyətlərini onlayn şəkildə təşkil etmişdir.
Bundan əlavə, AGN Avropa İttifaqının maliyyələşdirdiyi “Gənclərin Sahibkarlıq Fəaliyyətinə Dəstək” layihəsi çərçivəsində orta və peşə məktəbi müəllimləri üçün sahibkarlıq üzrə mütəxəssislərlə onlayn görüşlər təşkil etmişdir.
Həmçinin AGN onlayn olaraq gənclər üçün karyera oriyentasiyası və planlaşdırılması təlimlərini davam etdirir.
Koronavirusa (COVİD-19) yoluxmanın qarşısını almaq üçün iş sahəsi uzaqdan işləməyə əl verənlərə bir neçə ipucu və tövsiyələr də paylaşdıq.
Ümumiyyətlə, evdə işləmək gündəlik işimizi dəyişdirmədi, sadəcə bunu fərqli bir mühitdən etdik.