Xəbərlər və Elanlar

“Gənclərin Təşəbbüskarlıq Həlləri” layihəsi davam edir!

Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin, BMT-nin Uşaq Fondunun təşəbbüsü və Avropa İttifaqının maliyyə dəstəyi ilə “Gənclərin Liderlik və Peşəkar İnkişafı” proqramı çərçivəsində həyata keçirilən “Gənclərin Təşəbbüskarlıq Həlləri” layihəsi davam edir. Proqramın əsas məqsədi gəncləri maraqlandıran və narahat edən problemlərin həlli üçün onlar tərəfindən təklif edilən müxtəlif həllərin hazırlanmasına dəstək göstərməkdir. Proqrama cəlb olunan gənclər sosial və biznes yönümlü layihələr üzərində birgə çalışacaq və öz ideyalarını reallaşdırmaq imkanı əldə edəcəklər. Proqram müddətində iştirakçılar müasir biznes modellər ilə tanış olacaq və hazırladıqları layihələrini inkişaf etdirəcəklər. Proqram Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax, Şəmkir, Biləsuvar nümayəndəlikləri, Binəqədi, Mingəçevir və Xəzər Gənclər Evlərinin birbaşa iştirakı ilə icra olunur.

Layihənin ilkin mərhələsində üç günlük təlim proqramı keçirilmişdir.

Layihənin ilk günündə “İdeyadan daha artıq: Dizayn düşüncə” adlı təlimi keçirilib. Təlimdə yaradıcı problemlərin həlli üçün effektiv üsul dizayn düşüncənin 5 mərhələsi barədə iştirakçılara məlumat verilib:

  • Empatiya qur;
  • Müəyyən et;
  • Düşün;
  • Prototipi yarat;
  • Test et.

Daha sonra dizayn düşüncənin inteqrasiyası və inkişaf prosesi ilə bağlı biliklər gənclərlə bölüşülüb. Yekunda “Pulqabı” adlı komanda işi yerinə yetirilib.

Layihənin ikinci günü “Dəyər əsasında təklif” adlı təlimi keçirilib. Təlimdə aşağıdakı mövzular barədə iştirakçılara məlumat verilib:

  • Dəyər əsaslı təklif nədir?;
  • Dəyər əsaslı təklifin meyarları;
  • Dəyər əsaslı təklifin spektri;
  • Dəyər əsaslı təklifin qurulma sxemi;
  • Dəyər əsaslı təklif və müştəri seqmenti
  • Dəyər əsaslı təklif və identifikasiya
  • Dəyər əsaslı təklif necə yaradılmalıdır?
  • Dəyər əsaslı təklifin yaradılmasında 4 addım;
  • Güclü dəyərləndirmənin tərkibi;

Təlimin sonunda gənclər dəyər əsasında kanvası öyrəniblər və bunun əsasında tapşırıq yerinə yetiriblər.

layihənin 3-cü “İdeyadan biznesə” adlı sonuncu təlimi keçirilib. Təlimdə aşağıdakı mövzular barədə iştirakçılara məlumat verilib:

  • Biznes kanvas modeli nədir?;
  • Biznes kanvas modelinin strukturunun təhlili;
  • Biznes kanvas modelinin tətbiqi nümunələri: “Airbnb” və “Netflix”.

 Gənclər yekunda Ostervalder biznes kanvas modelinə uyğun yeni biznes layihələri hazırlayıblar.

Oxşar Xəbərlər

Azərbaycan Gənclərinin Nailiyyəti İB tərəfindən “Gənclər üçün Sahibkarlıq Təlimləri” layihəsi həyata keçirilib.

Azərbaycan Gənclərinin Nailiyyəti İB tərəfindən “Gənclər üçün Sahibkarlıq Təlimləri” layihəsi həyata keçirilib.

Davamını oxu
“Gələcəyi qur: Məktəblərdə karyeranın planlaşdırılması və inkişafı” layihəsi çərçivəsində müxtəlif sektorlarda işləyən peşəkarlarla görüş təşkil edildi. Post date

“Gələcəyi qur: Məktəblərdə karyeranın planlaşdırılması və inkişafı” layihəsi çərçivəsində müxtəlif sektorlarda işləyən peşəkarlarla görüş təşkil edildi. Post date

Davamını oxu
ABŞ-ın Operation HOPE təşkilatının eksperti xanım Katerin Brozun iştirakı ilə dəyirmi masa təşkil edilmişdir.

ABŞ-ın Operation HOPE təşkilatının eksperti xanım Katerin Brozun iştirakı ilə dəyirmi masa təşkil edilmişdir.

Davamını oxu