Xəbərlər və Elanlar

Layihə nailiyyətlərinə dair uğur hekayəsi

Gənclər Evləri və Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin (GİKM) əməkdaşları üçün xüsusi təlim proqramı 2019-cu ildə noyabr ayından başlanıb. “Gənclərin Liderlik və Peşəkar İnkişafı” layihəsi çərçivəsində reallaşdırılan təlimçilər üçün təlimlər JA Azerbaycan, UNICEF-in Azərbaycan nümayəndəliyinin təşəbbüsü, Avropa İttifaqının maliyyə dəstəyi ilə, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Fondu ilə birgə əməkdaşlıqda həyata keçirilir.

Ümumilikdə 3 mərhələdə icra olunan təlim proqramının əsas mövzuları “Karyera Hazırlığı, maliyyə savadlılığı, sahibkarlıq” olmuşdur.

Təlim proqramına qatılmış Binəqədi, Mingəçevir və Xəzər Gənclər Evlərinin və Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin Şəmkir, Qazax və Biləsuvar nümayəndəliklərinin əməkdaşları  karyera nədir, uğurlu karyera qurmaq üçün hansı addımlar atılmalıdı, CV necə yazılmalıdı müsahibəyə hazırlıq necə olmalıdır, məqsədi maliyyə savadlılığının artırılması, şəxsi büdcənin idarə edilməsi, xərclərin tənzimlənməsi və şəxsi ehtiyacların düzgün müəyyənləşdirilməsi. Layihənin xarakterizə edilməsi, hədəflərin və inkişaf mərhələlərinin aydın seçilməsi, möhtəşəm bir komanda yığmaq, tərəfdaşlarla fəal ünsiyyət qurmaq, yarana biləcək riskləri aradan qaldırmaq, layihəni uğurla sona çatdırmaq, kimi məsələləri öyrənmişlər.   İştirakçılar vebinarlarlarda şəxsi maliyyənin əsas elementlərini tanıyıb, qənaət və investisiya, büdcə, kredit, risklərin idarə olunması, şəxsi maliyyənin əsas elementlərini real həyatda tətbiq etməyi öyrəniblər. Nəzəri biliklərlə yanaşı, iştirakçılar həmçinin praktiki bacarıqları sınaqdan keçirmək imkanı da qazanmışlar.

Gənclər Evinin Binəqədi nümayəndəliyinin əməkdaşı Mahmud Məmmədzadə təlim proqramının iştirakçılarından biri olmuşdur.

2019-2020-ci il ərzində, Mahmud müxtəlif təlim proqramında iştirak etmiş və JA Azerbaijan tərəfindən “Karyera Planlaşdırılması və İnkişafı”, “Maliyyə Savadlığı”, “Sahibkarlıq”, “Layihələrin İdarə Edilməsi”,   “Pandemiya Dövründə Peşəkar İnkişaf”, və “Gənclərin Karyera Hazırlığı” mövzuları üzrə biliklər almışdır. O, təlim müddətində həmçinin nəzəri biliklərin möhkəmləndirilməsi məqsədilə praktiki tapşırıqlar icra etmişdir.

Qazandığı bilik-bacarıqlar sayəsində, Mahmud təlim keçdiyi gənclərə sərhədlər olmadan yaradıcı və innovativ düşünmələrinə təkan vermək və sahibkarlıq istiqamətində bilik və bacarıqlarını artırmaq olub. Təlimdən faydalanan gənclər öz şəxsi inkişaf yollarını aydınlaşdırmağı bacarmaq, özünün və peşə ilə bağlı ehtiyaclarını müəyyən etmək, şəxsi inkişaf istiqamətlərini analiz etməklə özünə uyğun karyera qurmaq, praktiki tapşırıqlar vasitəsilə məqsədə gedən yolu müəyyənləşdirmək üçün bilik və bacarıqlar əldə etmişdir. Bundan əlavə, təlim çərçivəsində gənclərə əsas karyera məqsədlərini müəyyən etmək, karyera inkişafı üçün lazım olan məlumatlara yiyələnərək özünə karyera planı qurmaqda metodiki kömək göstərilmişdir. Gəncləri maraqlandıran və narahat edən problemlərin həlli üçün onlar tərəfindən təklif edilən müxtəlif həllərin hazırlanmasına dəstək göstərmək, gənclərdə biznes ideyalarının formalaşdırılması, maliyyə mənbələrinin araşdırılması, biznes ideyanın təhlilinin aparılması və sahibkarlıq mövzularında bilik və bacarıqların artırılmasında da böyük rol oynamışdır.

“Özündə 3 istiqaməti əhatə edən bu proqram son zamanlarda qatıldığım ən maraqlı və proaktiv təlim kursu idi deyə bilərəm. Karyera hazırlığı, maliyyə planlanması və sahibkarlıq mövzularını əhatə edən təlim paketi Binəqədi, Xəzər və Mingəçevir Gənclər evlərinin eləcə də, Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin Şəmkir, Qazax və Biləsuvar nümayəndəliklərinin bir qrup əməkdaşı üçün nəzərdə tutulmuşdu.

Bu kimi TOT təlimləri gənclərlə çalışan qurum və təşkilatların əməkdaşlarının peşəkarlıq səviyyəsinin daha da artırılmasında müstəsna əhəmiyyət kəsb edir. Belə ki, müvafiq təlim paketi daha sonra proqrama daxil olan Gənclər evləri eləcə də,  Gənclərin İnkişaf və Karyera Mərkəzlərində gənclər üçün təşkil olunurdu. Bu isə əlavə bir məsuliyyər və hazırlıq prosesi tələb etdiyindən təlimlərə daha böyük stimul ilə yanaşmamıza təsir göstərirdi.

Layihə çərçivəsində qısa müddətdə böyük komanda olduq və aktual mövzularda ilk öncə təlim iştirakçısı ardından isə təlimçi kimi özümüzü sınadıq. Çox gözəl təcrübə idi. Düşünürəm ki, gənclərin bu tipli aktual mövzularda maarifləndirici təlimlərə çox ehtiyacı var və biz bu tələbata uyğun öz fəaliyyətimizi qurmalıyıq.

Bir daha əməyi keçən hər kəsə təşəkkür edir, bu cür məhsuldar layihələrin davamlı olmasını arzu edirəm”.

“Gənclərin Liderlik və Peşəkar İnkişafı” layihəsi  JA Azerbaijan və UNICEF-in Azərbaycan nümayəndəliyinin təşəbbüsüAvropa İttifaqının maliyyə dəstəyi ilə, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Fondu ilə birgə əməkdaşlıqda həyata keçirilir.

Oxşar Xəbərlər

Azərbaycan Gənclərinin Nailiyyəti İB tərəfindən “Gənclər üçün Sahibkarlıq Təlimləri” layihəsi həyata keçirilib.

Azərbaycan Gənclərinin Nailiyyəti İB tərəfindən “Gənclər üçün Sahibkarlıq Təlimləri” layihəsi həyata keçirilib.

Davamını oxu
“Gələcəyi qur: Məktəblərdə karyeranın planlaşdırılması və inkişafı” layihəsi çərçivəsində müxtəlif sektorlarda işləyən peşəkarlarla görüş təşkil edildi. Post date

“Gələcəyi qur: Məktəblərdə karyeranın planlaşdırılması və inkişafı” layihəsi çərçivəsində müxtəlif sektorlarda işləyən peşəkarlarla görüş təşkil edildi. Post date

Davamını oxu
ABŞ-ın Operation HOPE təşkilatının eksperti xanım Katerin Brozun iştirakı ilə dəyirmi masa təşkil edilmişdir.

ABŞ-ın Operation HOPE təşkilatının eksperti xanım Katerin Brozun iştirakı ilə dəyirmi masa təşkil edilmişdir.

Davamını oxu