Maliyyə Məktəbi: Gələcəyini bu gündən düşün!
Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsi çərçivəsində AGN 212 saylı tam orta ümumtəhsil müəssisəsi ilə birlikdə “Maliyyə Məktəbi” layihəsinin icrasına başladı. Layihənin əsas məqsədi davamlı təhsil sistemi çərçivəsində daha çox müəllim və şagirdin tədrisinə yönəlmiş maliyyə savadlılığı məktəbi modelini hazırlamaq və həyata keçirməkdir.
Layihə üzrə tərəfdaşlar AGN-in Bakı ofisində bir araya gəldilər. Görüş zamanı layihədə həyata keçiriləcək fəaliyyətlər, layihə qarşısında duran məsələlər, həmçinin lahiyədə iştirak edəcək 10 məktəbin müəllim və şagirdləri üçün təlimlərin keçirilməsi qaydalarının hazırlanması müzakirə edildi.
Layihə 25 müəllim və 1000 şagirdi əhatə edəcəkdir. İnanırıq ki, maliyyə təhsilinin artırılması üzrə görülən işlər və layihələr, gələcəyimiz olan gənclərimizin maliyyə bazarının aktiv iştirakçısına çevirilməsinə və ölkə iqtisadiyyatının daha da güclənməsinə təkan verəcəkdir.