“Maliyyə Məktəbi” layihəsi çərçivəsində Təlimçilərin təlimi
6-8 noyabr tarixlərində orta məktəb müəllimləri üçün Təlimçilərin təlimi təşkil edilmişdir. Təlim Azərbaycan Respublikası Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə “Maliyyə Məktəbi” layihəsi çərçivəsində Azərbaycan Gənclərinin Nailiyyəti ictimai birliyi (AGN) və Natiq Tağıyev adına 212 nömrəli tam orta məktəblə birlikdə həyata keçirilib. Layihənin əsas məqsədi müəllimlərin və şagirdlərin maliyyə savadlılığını artırmaqdır.
3 gün davam edən təlimlərdə 212 nömrəli tam orta məktəb, 7, 28, 82, 213, 45, 202, 234, 57, 36 nömrəli orta məktəblərin həyat bilgisi, tarix, kimya, fizika, biologiya, texnologiya və coğrafiya profilli müəllimələri iştirak etmişdir. AGN təşkilatı tərəfindən şagirdlər üçün hazırlanmış “Mənim Büdcəm” adlı tədris vəsaiti müəllimələrə təqdim edildi.
Təlimin zamanı müəllimələr ilkin olaraq nəzəri biliklər və praktiki çalışmalarla büdcə, gəlir, xərc, büdcə planlaşdırılması, bank, yığım hesabı, və s. anlayışları özündə əks etdirən təlim modulu ilə tanış oldular. Daha sonra onlar əyləncəli və öyrədici “Balans Başa Baş və Müflis” oyununu oynadılar. Təlimin son günü müəllimələr praktiki çalışmalarla və “Uyğunlaşdır” oyununu oynayaraq sığorta və onun növlərini öyrəndilər.
Savadlı və sağlam düşüncəli gənc nəsillərin yetişdirilməsində müəllimlərin rolu əvəzsizdir. Bu səbəbdən müəllimlərimizin maliyyə savadlılığı üzrə maariflənməsi çox önəmlidir. Tərəfdaşlarımızla birlikdə məktəblərdə maliyyə savadlılığının təşviqinə dəstək olaraq, həm müəllimlərin həm də şagirdlərin bilik və bacarıqlarını artırmağı hədəfliyirik.
Qeyd edək ki, təlim keçmiş müəllimələr dekabr ayından etibarən məktəblərdə şagirdlərə maliyyə savadlılığını tədris edəcəklər.