Vakansiya: Sosial Media Marketinqi üzrə mütəxəssis
Azərbaycan Gənclərinin Nailiyyəti (Junior Achievement Azerbaijan) İctimai Birliyi biznesin və iqtisadi bacarıqların tədrisi sahəsində ən iri mənfəət güdməyən təşkilatı olan Ümumdünya Junior Achievement təşkilatının üzvüdür. Bu günə kimi təşkilatımız yerli və xarici donorların maliyyə dəstəyi ilə ölkənin 26 bölgəsində minlərlə gəncin iştirakı ilə sahibkarlıq, maliyyə savadlılığı və karyera hazırlığı istiqamətində müxtəlif layihələr həyata keçirmişdir. Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyi tam ştat Sosial Media Marketinqi üzrə mütəxəssis vakansiyası üçün namizədləri dəvət edir.
Vəzifə öhdəlikləri:
- Təşkilatın sosial media marketinq işləri üzrə strateji planlaşdırılmanın aparılması və həyata keçirilməsinində iştirak etmək
- Təşkilatın sosial şəbəkə hesabları üçün yüksək keyfiyyətli məzmununun hazırlanması və paylaşılmasını təmin etmək (təşkilatın veb səhifəsi, Facebook, Instagram, Twitter, Linkedin, və s.)
- Sosial mediada paylaşılacaq vizualların dizaynın hazırlanması
- Marketinq üzrə müəyyən edilmiş hədəflər və görülmüş işlər üzrə mütəmadi hesabatların təqdim edilməsi
- Layihələr üzrə bütün marketinq işlərinin koordinasiyası, çap məhsullarının dizaynının hazırlanması
- Verilmiş tapşırıqların operativ və dəqiq yerinə yetirilməsi
Tələb olunan təhsil, təcrübə və bacarıqlar
- Müvafiq sahə üzrə minimum bakalavr dərəcəsi;
- Əlaqədar sahədə ən azı 1 il peşəkar təcrübə;
- Fərdi və komandada səmərəli işləmə bacarığı;
- Bir neçə işi yerinə yetirə bilmə və işi prioritetləşdirmə bacarığı;
- Microsoft office proqramları, Canva, Adobe illustrator, Photoshop üzrə biliklər;
- Azərbaycan və ingilis dillərinin səlis biliyi;
- Güclü ünsiyyət bacarıqları (yazılı və şifahi);
- Əla analitik bacarıqlar;
- Regionlara səyahət etmək imkanı.
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etməyi xahiş olunur:
- CV aida@ja-azerbaijan.org ünvanına göndərilməlidir;
- Mövzu sətrində “Sosial Media Marketinqi üzrə mütəxəssis” qeyd olunmalıdır;
CV-lər 30 noyabr 2023-cü il tarixinə qədər göndərilməlidir.
Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən tələblərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.