Gənclər gününə həsr olunmuş - "Yüksəliş" Müsabiqəsinin könüllüləri üçün "Gəncliyə yüksələn addımlar" layihəsi uğurla həyata keçirildi.
Gənclər gününə həsr olunmuş - "Yüksəliş" Müsabiqəsinin könüllüləri üçün "Gəncliyə yüksələn addımlar" layihəsi uğurla həyata keçirildi.
Gənclər layihə çərçivəsində Azərbaycan Gəncərinin Nailiyyəti İB (JA Azerbaijan) tərəfindən hazırlanmış karyera hazırlığı, maliyyə savadılığı və sahibkarlıq mövzularında təlim proqramına cəlb edildilər. Onlar Ümumdünya Junior Achievement təşkilatının beynəlxalq proqramları vasitəsi ilə nəzəri biliklərə yiyələnərək, öyrəndiklərini praktikada tətbiq etdilər.
Təlim modulu üç günü əhatə etmişdir.
İlk gün iştirakçılar “Karyera planlaşdırması”, “4C Bacarıqları”, “CV hazırlayarkən diqqət olunmalı məqamlar” və “Uğurlu müsahibənin sirləri”, ikinci gün "Pulun yaranma tarixi" , "Büdcə planlaşdırılması" , "Kredit və kredit xidmətləri" , "Maliyyə resurslarının idarə olunması və investisiya qərarlarının verilməsi", üçüncü gün isə "Sahibkarlığın əsasları", "Biznes planının yaradılması" , "Biznes Kanvas Model” və “Sosial sahibkarlıq"- mövzularında olduqca geniş nəzəri məlumatlar əldə etdilər.
Təlimlərin gedişatında hər bir gənc əldə etdiyi biliklər əsasında qrup işlərinə cəlb edildi və nəzəri məlumatları birbaşa praktikada tətbiq edərək dahada möhkəmləndirdilər!
Layihə müddətində gənclərin mənimsədikləri biliklər onlara şəxsi və peşəkar həyatlarında daim kömək olacaqdır.
Layihənin yekununda hər bir təlim modulunu uğurla tamamlayan gənclər sertifikat ilə təltif olundular.