Azərbaycan Gənclərinin Nailiyyəti /Junior Achievement Azerbaijan təşkilatı 1999-cu ildəAzərbaycanda fəaliyyətə başlamışdır. AGN biznesin və iqtisadi bacarıqların tədrisi sahəsində dünyanın ən iri, mənfəət güdməyən təşkilatı olan Ümumdünya Junior Achievement təşkilatının bir üzvüdür. Bugünə kimi təşkilatımız yerli və xarici donorların maliyyə dəstəyi ilə ölkənin 26 bölgəsində minlərlə gəncin iştirakı ilə sahibkarlıq, maliyyə savadılılığı və karyera hazırlığı istiqamətində müxtəlif layihələr həyata keçirmişdir. Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyi olaraq bugünün iqtisadi şərtlərinə asanlıqla uyğunlaşa bilən, bacarıqlı və peşəkar insan resurslarının yaradılmasında maraqlı olan tərəfdaşlarla əməkdaşlıq edir və proqramlar hazırlayırıq.
AGN bütün təhsil səviyyələri üzrə təhsil alan gənclərin maraqlarına və sahələrinə uyğun proqramlar həyata keçirir. Əsas hədəf qruplarımıza isə məktəblilər, peşə məktəbi, kollec və universitetlərdə təhsil alan tələbələr və işsiz gənclər daxildir.
Hədəfimiz
İctimai və iqtisadi həyatda fəal rol oynayacaq, təşəbbüskar və bacarıqlı gənc bir nəslin yetişməsinə dəstək olmaqdır.
Vizionumuz
Bütün tərəfdaşlarımızla əməkdaşlıq edərək gənclərin təhsilinə və ölkəmizin iqtisadi inkişafına töhfə verməkdir.
Dəyərlərimiz
Bütün insanların istedadına, kreativliyinə, perspektivlərinə və daxili aləminə hörmət
Bazar iqtisadiyyatı və sahibkarlıq prinsiplərinə bağlılıq
Praktiki vərdişlərin təlqin edilməsi və motivasiyaedici təsirinə inam
Əməkdaşlığın və tərəfdaşlığın qüvvəsinə inam
Gənclərin yüksək potensialına olan inam
İşimizdə şövq, icra edilməsində səmimilik və üstünlük
Fəaliyyət İstiqamətlərimiz
Hər bir gəncimiz müasir qlobal iqtisadiyyatda uğur qazanmaq potensialına sahibdir. JA-in praktik təcrübə proqramları bu uğura yol açır. Təşəbbüskar məzunlarımız digərgənclərlə müqayisədə daha perspektivli sahələrdə işləyir, öz bizneslərini daha uğurluqurur, əməyinin uzunmüddətli nəticələrini görür və daha yüksək maaş alırlar. Bəs buuğuru mümkün edən nədir? JA təlim proqramları özündə üç əsas istiqamət – karyerahazırlığı, maliyyə savadlılığı və sahibkarlıq – əks etdirən bir kurrikulum üzərindəhazırlanıb.
Karyera hazırlığı
JA gəncləri iş dünyası ilə tanış edir və onlara məqsədyönlü şəkildə peşə seçimietmələri üçün kömək edir
Sahibkarlıq
JA iş dünyası ilə təhsil sistemi arasında körpü quraraq gənclər üçün sahibkarlıqanlayışı, biznes və onun idarə olunması, əmək bazarının tələblərini daha yaxşıanlamaları üçün proqramlar həyata keçirir
Maliyyə savadlılığı
JA büdcə, xərc, gəlir, investisiya və kreditdən məsuliyyətli istifadə mövzusundapraktik təlimlər keçirir
Bizim komanda
vusala.karimova@ja-azerbaijan.org
aida@ja-azerbaijan.org
ayten@ja-azerbaijan
İdarə heyəti
AGN-nin heyətində müxtəlif biznes sektorlarından olan peşəkarlar təmsil olunur. Heyət təşkilatın fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində və ümumi strategiyanın hazırlanmasında önəmli rol oynayır.