Maliyyə Savadlılığı Proqramı

Maliyyə Savadlılığı Proqramı gəncləri pul, gəlir, maaş, qənaət, xərc, investisiya, büdcə, kredit/borc riskləri kimi konseptlər haqqında biliklərlə təmin edir. Ümumilikdə, proqramın məqsədi gənclərin gələcəkdə büdcələri haqqında düşünülmüş qərar verməsini hədəfləyir. Bu məqsədlə AGN tərəfindən hazırlanan müxtəlif tədris materialları, təlim proqramları və seminarlar keçirilir. Maliyyə savadlıllığı proqramı həmçinin sahibkarlıq proqramı ilə birgə həyata keçirilir.

Maliyyə savadlılığına fokuslanmış layihələrimiz:

Maliyyə Məktəbi

Maliyyə Məktəbi – Layihənin məqsədi maliyyə savadlılığının önəmini anlatmaq və pulun səmərəli şəkildə xərclənməsi barədə istiqamət verməkdir. Bu təlimlər əyləncəli və interaktiv yollarla həyata keçirilir. Bura mütəxəssislərin cəlb ediləcəyi maarifləndirici videoların hazırlanması daxildir. AGN həmçinin internetə çıxışı olmayan bölgələrdən olan uşaqlar üçün illustrasiyalı və oxunaqlı “Mənim Büdcəm” kitabını tərtib etmişdir. MMST onlayn portalı bu layihənin bir hissəsidir və uşaqlarının maliyyə savadlılığını artırmaq istəyən valideynlər üçün xüsusi olaraq yaradılmışdır. Portala daxil olmaq üçün bu linkə daxil olun: Maliyyə Savadlılılğı Portalı

Ağıllı büdcə

Layihə təlim sessiyaları şəklində həyata keçirilir. Bu sessiyalar “Balans Başabaş” və “Uyğunlaşdır” kimi bir informativ oyunlar vasitəsilə 14-15 yaşlarında gənclərin bu sahədə bilik və bacarıqlarını artırmağı hədəfləyir. Layihə çərçivəsində tələbələr pul və digər maliyyə resurslarını idarə etmək üçün nəzəri biliklər və praktik bacarıqlar əldə edirlər.

Gənclər üçün Maliyyə Savadlılığı Təlimləri

Təlim sessiyalarının ümumi məqsədi 18-25 yaş arası gənclərin maliyyə savadlılığı və puldan səmərəli istifadə bacarıqlarını artırmaqdır. Maliyyə seminarları vasitəsilə iştirakçılar pula qənaətin vacibliyini dərk edəcək; büdcədən ağıllı şəkildə istifadə; investisiya, kreditdən ehtiyatla istifadə etmək; şəxsi maliyyənin qorunması kimi bacarıqlar əldə edəcəklər. Layihənin ən parlaq nümunələri Xaçmaz, Salyan, Kürdəmir və Gəncədə keçirilmiş təlimlərdir. 3 günlük proqram bu modullardan ibarətdir:

Modul I: Maliyyə, qazanc, xərclər, qənaət, və ağıllı büdcə haqqında ümumi məlumat;

Modul II:Bank və bank xidmətləri; İstiqraz və Kreditlər; Onlayn ödənişlər;

Modul III: Gələcək üçün maliyyə təhlükəsizliyinin təmini; Sığorta və İnvestisiya.