Biz Kimik

Azərbaycan Gənclərinin Nailiyyəti /Junior Achievement Azerbaijan təşkilatı 1999-cu ildəAzərbaycanda fəaliyyətə başlamışdır. AGN biznesin və iqtisadi bacarıqların tədrisi sahəsində dünyanın ən iri, mənfəət güdməyən təşkilatı olan Ümumdünya Junior Achievement təşkilatının bir üzvüdür. Bugünə kimi təşkilatımız yerli və xarici donorların maliyyə dəstəyi ilə ölkənin 26 bölgəsində minlərlə gəncin iştirakı ilə sahibkarlıq, maliyyə savadılılığı və karyera hazırlığı istiqamətində müxtəlif layihələr həyata keçirmişdir. Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyi olaraq bugünün iqtisadi şərtlərinə asanlıqla uyğunlaşa bilən, bacarıqlı və peşəkar insan resurslarının yaradılmasında maraqlı olan tərəfdaşlarla əməkdaşlıq edir və proqramlar hazırlayırıq.

AGN bütün təhsil səviyyələri üzrə təhsil alan gənclərin maraqlarına və sahələrinə uyğun proqramlar həyata keçirir. Əsas hədəf qruplarımıza isə məktəblilər, peşə məktəbi, kollec və universitetlərdə təhsil alan tələbələr və işsiz gənclər daxildir.

Hədəfimiz

İctimai və iqtisadi həyatda fəal rol oynayacaq, təşəbbüskar və bacarıqlı gənc bir nəslin yetişməsinə dəstək olmaqdır.

Vizionumuz

Bütün tərəfdaşlarımızla əməkdaşlıq edərək gənclərin təhsilinə və ölkəmizin iqtisadi inkişafına töhfə verməkdir.

Dəyərlərimiz

Fəaliyyət İstiqamətlərimiz

Hər bir gəncimiz müasir qlobal iqtisadiyyatda uğur qazanmaq potensialına sahibdir. JA-in praktik təcrübə proqramları bu uğura yol açır. Təşəbbüskar məzunlarımız digərgənclərlə müqayisədə daha perspektivli sahələrdə işləyir, öz bizneslərini daha uğurluqurur, əməyinin uzunmüddətli nəticələrini görür və daha yüksək maaş alırlar. Bəs buuğuru mümkün edən nədir? JA təlim proqramları özündə üç əsas istiqamət – karyerahazırlığı, maliyyə savadlılığı və sahibkarlıq – əks etdirən bir kurrikulum üzərindəhazırlanıb.

Karyera hazırlığı

JA gəncləri iş dünyası ilə tanış edir və onlara məqsədyönlü şəkildə peşə seçimietmələri üçün kömək edir

Sahibkarlıq

JA iş dünyası ilə təhsil sistemi arasında körpü quraraq gənclər üçün sahibkarlıqanlayışı, biznes və onun idarə olunması, əmək bazarının tələblərini daha yaxşıanlamaları üçün proqramlar həyata keçirir

Maliyyə savadlılığı

JA büdcə, xərc, gəlir, investisiya və kreditdən məsuliyyətli istifadə mövzusundapraktik təlimlər keçirir

Bizim komanda

Vüsalə Kərimova
İcraçı Direktor

vusala.karimova@ja-azerbaijan.org

Aidə Cəfərova
Proqram Rəhbəri

aida@ja-azerbaijan.org

Aytən Paşayeva
Layihə Koordinatoru

ayten@ja-azerbaijan

İdarə heyəti

AGN-nin heyətində müxtəlif biznes sektorlarından olan peşəkarlar təmsil olunur. Heyət təşkilatın fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində və ümumi strategiyanın hazırlanmasında önəmli rol oynayır.