Təşəbbüslərimiz və layihələr

Gənclərin Sahibkarlıq Proqramı

15-29 yaş arası gənclərin sahibkarlıq bacarıqlarını və maliyyə savadını müxtəlif öyrənmə metodları və praktik seminarlarla artırmağı hədəfləyir. Bundan əlavə, proqramın məqsədi Azərbaycanda gənclər tərəfindən idarə olunan müəssisələrin inkişafına dəstəkdir.


Maliyyə Savadlılığı Proqramı

gəncləri pul, gəlir, maaş, qənaət, xərc, investisiya, büdcə, kredit/borc riskləri kimi konseptlər haqqında biliklərlə təmin edir. Ümumilikdə, proqramın məqsədi gənclərin gələcəkdə büdcələri haqqında düşünülmüş qərar verməsini hədəfləyir. Bu məqsədlə AGN tərəfindən hazırlanan müxtəlif tədris materialları, təlim proqramları və seminarlar keçirilir. Maliyyə savadlıllığı proqramı həmçinin sahibkarlıq proqramı ilə birgə həyata keçirilir.

Karyera Planlaşdırılması və İnkişafı

məktəblilər və gənclər üçün hazırlanmışdır. Bu proqramın əsas hədəfi uğurlu karyera yolu üçün tələbələrə öz potensiallarını üzə çıxarmaq və öz ali məqsədlərinə və maraqlarına uyğun peşələri kəşf etməyə kömək etməkdir.