AGN-nin Mərkəzi Asiyadan olan üzvlərinin görüşü

6-7 Noyabr, Junior Achievement təşkilatının Mərkəzi Asiyadan olan üzvlərinin görüşü həyata keçirildi. Görüş Junior Achievement Azərbaycanın Bakı ofisində baş tutdu. Görüşdə Junior Achievement təşkilatının Asiya regionu üzrə prezidenti Vivian Lau, JA Türkmənistanın icraçı direktoru Ayna Bayramova, JA Qazaxıstanın icraçı direktoru Aigul İrismatovna və JA Azərbaycanın icraçı direktoru Sevinc Məmmədova iştirak edirdi. Görüş zamanı Junior Achievement təşkilatının Azərbaycan, Türkmənistan və Qazaxıstan üzvlərinin fəaliyyəti, həyata keçirdikləri layihələr, proqramlar, strategiyalar və üzləşdikləri çətinliklər ətraflı şəkildə müzakirə olundu.