Gənclər təşkilatlarının V Respublika sərgisi

13 Noyabr tarixində Azərbaycan Gənclərinin Nailiyyəti ictimai birliyi Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan gənclər təşkilatlarının V respublika sərgisində iştirak etdi. Sərginin məqsədi gənclər təşkilatlarının fəaliyyəti, onların həyata keçirdikləri layihə və tədbirlər haqqında cəmiyyəti məlumatlandırmaq və gəncləri ictimai fəaliyyətə cəlb etmək olub. Sərgi gənclər təşkilatlarına özlərini təqdim etmək, fəaliyyətlərini göstərmək, təcrübə mübadiləsi aparmaq və ictimai əlaqələri genişləndirmək istiqamətində geniş imkan yaradıb.