“Gələcəyi qur: Məktəblərdə karyeranın planlaşdırılması və inkişafı” layihəsinin iştirakçıları müxtəlif sahələrdən olan peşəkarlar ilə görüşdü.

Bakı, 12 iyun, 2019 – Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və “Məktəblinin Dostu” ilə birgə “Gələcəyi qur: Məktəblərdə karyeranın planlaşdırılması və inkişafı” layihəsinin iştirakçıları üçün biznes sahəsindən olan peşəkarlar ilə görüş təşkil etdi.

Şevron Xəzər şirkətinin maliyyə dəstəyi ilə icra olunan bu layihənin əsas məqsədi şagirdləri karyera seçiminə daha məqsədyönlü yanaşmanı öyrədərək, onları dəyişən əmək bazarı və yeni peşələr ilə tanış etmək, mümkün karyera və iş imkanları barədə maariflədirməkdir. 2015-ci ildən həyata keçirilən “Gələcəyi qurlaşdırılması və inkişafı” layihəsinə ümumilikdə Bakı şəhəri və Abşeron rayonu ərazisindən 48 məktəb və 1750 şagird cəlb olunmuşdur. Bu il “Məktəblinin Dostu” layihəsi ilə birgə icra olunan Məqsədli Karyera təlimlərində on üç ümumtəhsil müəssisəsindən (277, 177, 95, 14, 61, 3, 47, 45, 272, 189-190, 19, 158, 57 saylı məktəblər) 500 şagird iştirak etmiş və onlardan 150 nəfəri 12 iyun tarixində təşkil edilən “Peşəkarlar ilə Görüş”ə dəvət olunmuşdur.

Məktəblilərin peşəkarlar ilə görüşündə Şevron Xəzər şirkətinin ölkə üzrə rəhbəri Bəxtiyar Axundov, Təhsil Nazirliyinin Təhsildə İnnovasiyalar Sektorunun müdiri Orxan Abbasov, Bakı Baş Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri Arzu Tahirquliyeva-Nağıyeva, Agro Food İnvestment şirkətinin əməkdaşları Cavid Məmmədov və Məryəm Əmrahlı, Barama İnnovasiya və Sahibkarlıq mərkəzinin əməkdaşları Fidan Tofidi və İradə Məmmədova, Bakı Hüquq Mərkəzininin direktoru Elnur Əliyev, Fizika- riyaziyyat təmayüllü liseyin gənc fizika müəlliməsi Zeynəb Bayramova, Smile Dental klinikasının təsisçisi Bəxtiyar Əliyev, MİX şirkətinin əməkdaşı Günel Məmmədova, Asmart Creativ Hub yaradıcılıq mərkəzinin direktoru Əsmər Abdullayeva, G&I consulting şirkətinin təsisçisi İsrafil İsgəndərov iştirak etmiş və şagirdlərlə öz təcrübələrini bölüşmüşlər.

Dəvət olunmuş qonaqlar məktəblilərə yeni karyera sahələrindən, sahibkarlıq sahəsində uğurlu karyera qurmağın yollarından, tibb sahəsində baş veren innovasiyalardan, gələcək dövrdə idarəedici peşə sahələrinin texnalogiya yönümlü olmasından, incəsənət sahəsində kreativ düşüncənin önəmindən, kənd təsərrüfatında həyata keçirilən islahatlardan və karyera imkanlarından, şagirdlərin ixtisas seçimində fərdi qabiliyyət və bacarığının önəmindən danışdılar.