Layihə uğurlarına dair Uğur hekayəsi

“Gənclərin Liderlik və Peşəkar İnkişafı” layihəsi çərçivəsində keçirilən və 3 mərhələdən ibarət olan təlim proqramının əsas mövzuları “Karyera Hazırlığı, maliyyə savadlılığı və sahibkarlıq” olmuşdur.

Təlim proqramına qatılmış Binəqədi, Mingəçevir və Xəzər Gənclər Evlərinin və Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin Biləsuvar, Qazax və Şəmkir nümayəndəliklərinin əməkdaşları karyera nədir, uğurlu karyera qurmaq üçün hansı addımlar atılmalı, CV necə yazılmalı, müsahibəyə hazırlıq necə olmalıdır, kimi məsələləri öyrənmişlər. Nəzəri biliklərlə yanaşı, iştirakçılar həmçinin praktiki bacarıqları sınaqdan keçirmək imkanı da qazanmışlar.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Biləsuvar nümayəndəliyinin Tədbirlər və layihələr üzrə mütəxəssisi Fərəcova Nəzrin təlim proqramının iştirakçılarından biri olmuşdur.

“Təlimlərdə iştirakım zamanı, iş dünyası haqqında mühüm olan amilləri, karyeranı qurmaqda düzgün istiqamət, karyera imkanlarını öyrənməklə işimə olan baxışım daha da dəyişdi. Karyera qurmaq yaxşı işə sahib olmaq hər bir insanın arzusudur. Karyeranı necə qurmağı işə necə müraciət etməyi, iş görüşmələrini necə uğurla keçməyi, düzgün CV necə yazılmalıdır və sairə nüansları daha dərindən öyrəndim.
Onuda qeyd edim ki, təlimlər zamanı yeni dostlar qazanmaq bu təşəbbüsün mənə verdiyi digər ən önəmli töhfələrdən biridir.
Təlimdə əziyyəti olan bütün əməkdaşlara öz təşəkkürümü bildirirəm”

“Gənclərin Liderlik və Peşəkar İnkişafı” layihəsi Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin, BMT-nin Uşaq Fondunun təşəbbüsü və Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilir.