“Karyera planlaması və peşəkar inkişaf planının hazırlanması” təlimi

20 noyabr tarixində JA Azərbaycan AMCHAM Azərbaycan ilə birgə şəhid övladları və gənc qazilər üçün “Karyera planlaması və peşəkar inkişaf planının hazırlanması” üzrə təlim təşkil etdi. Təlim proqramı nəzəri biliklərlə yanaşı, praktiki tapşırıqlar, komanda işi, yumşaq bacarıqların inkişaf etdirilməsi və mentorlar ilə müzakirələri əhatə edirdi. Azərbaycanda fəaliyyət göstərən aparıcı şirkətlərin rəhbərləri, Fazilə Əsgərova (Socar Midstream), Mövlan Paşayev (PWC Azerbaijan), Nəriman Topçıbaşev (PMD Projects), İlqar Mehdi (Ekvita) və Bəxtiyar Axundov (MOL Azərbaycan) mentor qismində təlimdə iştirak edərək gənclər ilə peşəkar təcrübələrini bölüşdülər.
Təlim proqramı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan), Azərbaycan Gənclərinin Nailiyyəti ictimai birliyi (JA Azərbaycan) və “Azercell Telekom” MMC-nin tərəfdaşlığı ilə “Peşəkar İnkişaf və Karyera Hazırlığı” layihəsi çərçivəsində baş tutmuşdu. Halhazırda 25 nəfər qazi və şəhid övladı peşəkar inkişaf proqramına cəlb olunub.