“Heydər Əliyev İli” çərçivəsində TEDx formatında “Gənclərin Peşəkarlarla Görüşü” adlı tədbir həyata keçirilib

24 may tarixində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə hərs olunmuş tədbirlər çərçivəsində “Gənclərin Peşəkarlarla Görüşü” adlı tədbir həyata keçirilib.

TEDx formatında keçirilən tədbir “Gənclərin İşə Hazırlıq Proqramı” layihəsi çərçivəsində təşkil edilib.

Tədbir başlamazdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Azərbaycan Gənclərinin Nailiyyəti İB-nin icraçı direktoru Sevinc Məmmədova açılış nitqini etdikdən sonra çıxışı tədbir spikerlərinə ötürüb.

Tədbirdə İlqar Mehdi, Səbinə Məmmədova, Fərhad  Pərvizi və Günay İmamzadə spiker qonaqlar qismində iştirak ediblər.

Daha sonra peşəkar natiqlərin: “Dəyərlər: cəmiyyət, təşkilat və fərd prizmasından”, “Uğurlu karyera irəliləyişi”, “Peşəkar yetkinlik: gənclərin uğurlu karyerasının təməli”, “İnnovasiya və sahibkarlıq” mövzularında çıxışları dinlənilib.

Növbəti mərhələdə isə “Gənclərin İşə Hazırlıq Proqramı” layihəsinin bağlanış mərasimi icra edilib. Gənclər layihə ilə bağlı təəssüratlarını bölüşdükdən sonra sertifikat ilə təltif olunublar.

Onuda qeyd edək ki, “Gənclərin İşə Hazırlıq Proqramı” layihəsi Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və Azərbaycan Gənclərinin Nailiyyəti İB-nin (JA Azərbaycan) birgə tərəfdaşlığı ilə həyata keçirilmişdir.

Layihədən ümumilikdə 75 nəfər gənc faydalanmışdır.