Vakansiya: Layihə koordinatoru

Azərbaycan Gənclərinin Nailiyyəti (AGN) biznesin və iqtisadi bacarıqların tədrisi sahəsində ən iri mənfəət güdməyən təşkilatı olan Ümumdünya Junior Achievement təşkilatının üzvüdür. Bugünə kimi təşkilatımız yerli və xarici donorların maliyyə dəstəyi ilə ölkənin 26 bölgəsində minlərlə gəncin iştirakı ilə sahibkarlıq, maliyyə savadlılığı və karyera hazırlığı istiqamətində müxtəlif layihələr həyata keçirmişdir.

Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyi tam ştat Layihə Koordinatoru vakansiyasını doldurmaq üçün namizədləri dəvət edir.

İşin təsviri:

  • Layihələrin  günlük icarsı və idarə edilməsi ilə məşğul olmaq;
  • Layihə fəaliyyətlərinin koordinasiyası, layihə planına uyğun olaraq planlaşdırılmış nəticələrin çatdırılması;
  • Layihə hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • Layihə monitorinqinin aparılması;
  • Layihə tərəfdaşları, müəllimlər, biznes mentorlar, sponsorlar, Təhsil Nazirliyi və digər maraqlı tərəflərlə səmərəli ünsiyyətin qurulması;
  • Görüşlərdə, beynəlxalq və yerli tədbirlərdə təşkilatın təmsil edilməsi;
  • Təşkilatın strateji fəaliyyətinin planlaşdırılmasında və potensial donorların tapılmasında icraçı direktora dəstəyin göstərilməsi;
  • Təşkilatın statusunu və gördüyü işləri təbliğ etmək.

Tələb olunan təhsil, təcrübə və bacarıqlar

  • Müvafiq sahə üzrə minimum bakalavr dərəcəsi;
  • Əlaqədar sahədə ən azı 1 il peşəkar təcrübə;
  • Fərdi və komandada səmərəli işləmə bacarığı;
  • Birdən çox işi yerinə yetirə bilmə və işi prioritetləşdirmə bacarığı;
  • Office proqramları (MS Word, Excel) üzrə biliklər;
  • Azərbaycan və ingilis dillərinin səlis biliyi;
  • Güclü ünsiyyət bacarıqları (yazılı və şifahi);
  • Əla analitik bacarıqlar;
  • Regionlara səyahət etmək imkanı.

 Müraciət etmə qaydaları:     

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

  • CV aida@ja-azerbaijan.org ünvanına göndərilməlidir;
  • Mövzu sətrində “Layihə koordinatoru” qeyd olunmalıdır;
  • CV-lər 25 avqust 2023-cü il tarixinə qədər göndərilməlidir.

Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən tələblərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.